​Terror təşkilatına maliyyə yardımı etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

​Terror təşkilatına maliyyə yardımı etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb Hazırda həmyerlimizi 5 ildən 10 ilədək həbs cəzası gözləyir
Hadisə
4 Mart , 2015 07:22
​Terror təşkilatına maliyyə yardımı etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Bakı. 4 mart. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsinin təhqiqatçıları "Terror fəaliyyətinə yardım" maddəsi üzrə cinayət işi qaldırıblar.

"Report" "LifeNews"a istinadən xəbər verir ki, ötən gün Lipetsk sakininin beynəlxalq terror təşkilatını maliyyələşdirməsinə dair işin təfərrüatları ortaya çıxıb.

Məlum olub ki, şübhəli şəxs yerli bazarlardan birində alma ticarəti ilə məşğul olan azərbaycanlıdır.

İlkin məlumata görə, Azərbaycan əsilli sahibkar əldə etdiyi vəsaiti Türkiyəyə - terrorçu ekstremist təşkilatın üzvü olduğu ehtimal edilən qardaşına göndərirmiş.

Hazırda həmyerlimizi 500 minədək rubl məbləğində cərimə ilə yanaşı 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi