Yuxarı
    Bağlamaq

    Telman İsmayılovun qardaşı həbs edilib

    Moskva ətrafı İstintaq Komitəsi keçmiş tərəfdaşının sifarişli qətlində ittiham olunan Rafiq İsmayılovu həbs edib

    Bakı. 21 noyabr. REPORT.AZ/ Moskva ətrafı İstintaq Komitəsi biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu həbs edib.

    "Report" "Life.Ru" portalına istinadən xəbər verir ki, o, keçmiş tərəfdaşının sifarişli qətlində ittiham olunur.

    Rusiya Federasiyasının İstintaq Komitəsinin Moskva vilayət Baş İstintaq İdarəsi Rafiq İsmayılov və onunla əlbir olan Mehman Kərimova qarşı "iki və ya daha çox şəxsin öldürülməsi" maddəsi üzrə ittiham irəli sürüb. Bu maddəyə əsasən, onlar hətta ömürlük azadlıqdan məhrumetmə cəzası ilə də üzləşə bilərlər.

    İstintaqın versiyasına görə, cinayətin sifarişçisi R.İsmayılov olub. O, hadisəni törətməkdə ittiham olunan qatil M.Kərimovu hadisə yerinə apardıq, sonra da onu cinayət yerindən uzaqlaşdırıb. R.İsmayılovun özü ittihamları qəti şəkildə qəbul etmir, eyni zamanda qatillə öldürülən şəxslərin görüşdüyü an yanacaqdoldurma məntəqəsində olduğunu etiraf edir.

    Qeyd edək ki, 15 may 2016-cı il tarixində 55 yaşlı moskvalı iş adamı Vladimir Savkin işgüzar görüşə gedib. Şam yeməyinə evə qayıtmadığına və mobil telefonuna cavab vermədiyinə görə, ailəsi polisə müraciət edib. Axşam saat 11-də onun ailəsinə vilayət istiqamətində Novorijskoe şosenin 30-cu kilometrinin kənarında "Toyota" markalı avtomobil və içərisində Vladimir Savkin və onun dostu Yuri Brilyovun cəsədlərinin aşkar edildiyi barədə xəbər verilib. Hər iki iş adamı başından güllələnərək qətlə yetirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi