Tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü kurs tələbəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural Rəsulovun cinayət işi üzrə proses başa çatıb.
Hadisə
24 İyul , 2019 15:36
Tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü kurs tələbəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural Rəsulovun cinayət işi üzrə proses başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə T.Rəsulov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə bu ilin aprel ayında baş verib. “Chrysler” markalı avtomobilin vurması nəticəsində Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazi İlkin Bəxtiyar oğlu dünyasını dəyişib. Onu vuran avtomobilin sükanı arxasında olan Rəsulov Tural Söhbət oğlu maşını Bakı Əyləncə Mərkəzinin qarşısından qaçırıb.

“Chrysler” markalı avtomobilin sahibi isə 23 yaşlı Vəliyev Samir Əmirxan oğludur.

T.Rəsulova Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi