Təhsil şöbəsinin müdiri: "Məktəblini bıçaqlayan şəxs tutulub, yaralı şagirdin vəziyyəti normaldır - YENİLƏNİB-2

Təhsil şöbəsinin müdiri: "Məktəblini bıçaqlayan şəxs tutulub, yaralı şagirdin vəziyyəti normaldır - YENİLƏNİB-2 Qobustan. 14 iyun. REPORT.AZ/ Qobustan rayon Təhsil şöbəsinin müdiri Füzuli Gülalıyev A.O.Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verən bıçaqlanma ilə bağlı açıqlama verib.
Hadisə
14 iyun 2018 08:54
Təhsil şöbəsinin müdiri: Məktəblini bıçaqlayan şəxs tutulub, yaralı şagirdin vəziyyəti normaldır - YENİLƏNİB-2
0 : 00
0 : 00

Qobustan. 14 iyun. REPORT.AZ/ Qobustan rayon Təhsil şöbəsinin müdiri Füzuli Gülalıyev A.O.Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verən bıçaqlanma ilə bağlı açıqlama verib.

O, "Report"un Şirvan bürosuna bildirib ki, məktəbin 10-cu sinif şagirdi V.Şəhriyarovu bıçaqlayan şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb: "Hadisə səhər saat 8 radələrində məktəbdən kənarda baş verib. Məktəbin 11-ci sinif şagirdi Rauf Ağaquliyev "Son zəng" tədbirində iştirak etmək üçün səhər məktəbə gələrəkən Vüsal Şəhriyarovla yolda aralarında mübahisə yaranıb. Nəticədə Rauf Vüsala bir neçə bıçaq zərbəsi vurub. Vüsalın vəziyyəti hazırda normaldır. Rauf isə polis əməkdaşları tərəfindən saxlanılıb".


***14:12

Qobustan. 14 iyun. REPORT.AZ/ Qobustanda məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi saxlanılıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, "Son zəng" günü məktəb yoldaşını bıçaqlayan A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb. 


***10:49

Qobustan. 14 iyun. REPORT.AZ/ Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi