Yuxarı

​Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın olub

Nəticədə məktəbin idman zalının dam örtüyü yanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakının Suraxanı rayonunda Təhsil Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən orta məktəbin ərazisində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə ümumi sahəsi 200 m2 olan idman zalının dam örtüyü 140 m2 sahədə yanıb.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi