Təhlükəsizlik şirkətinin əməkdaşı Fəxri xiyabanın qarşısında qəza törədib - FOTO

Təhlükəsizlik şirkətinin əməkdaşı Fəxri xiyabanın qarşısında qəza törədib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
103
4 Mart , 2016 12:12
Təhlükəsizlik şirkətinin əməkdaşı Fəxri xiyabanın qarşısında qəza törədib - FOTO

Bakı. 4 mart. REPORT.AZ/ Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Parlament prospektində, Fəxri xiyabanın yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olan "Ford" markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Avtomobillərdən biri təhlükəsizlik şirkətinin əməkdaşına məxsus olub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi