"Təbriz" MTK 20 min manat cərimələnib

"Təbriz" MTK 20 min manat cərimələnib Dövlət Əmək Müfəttişliyi Xidməti Təbriz MTK barədə inzibati protokol tərtib edib.
Hadisə
18 Oktyabr , 2019 11:12
Təbriz MTK 20 min manat cərimələnib

Dövlət Əmək Müfəttişliyi Xidməti "Təbriz" MTK barədə inzibati protokol tərtib edib.

"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən çpxmrtəbəli yaşayış binalarının tikintisini həyata keçirən "Təbriz" MTK-nın "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi