TƏBİB: Partlayışda xəsarət alan daha 4 nəfər evə buraxılıb 

TƏBİB: Partlayışda xəsarət alan daha 4 nəfər evə buraxılıb  TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.
Hadisə
3 aprel 2022 16:42
TƏBİB: Partlayışda xəsarət alan daha 4 nəfər evə buraxılıb 

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Bu barədə "Report" TƏBİB-dən bildirilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

Qeyd edək ki, dünən Bakıda gecə klubunda partlayış baş verib. Hadisə zamanı onlarla insan xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi