Tbilisidə gənc anasını və nənəsini yatdığı yerdə balta ilə öldürdü

Tbilisidə gənc anasını və nənəsini yatdığı yerdə balta ilə öldürdü Ötən gecə Tbilisidə 19 yaşlı gənc ağır qətl hadisəsi törədib.
Hadisə
25 Fevral , 2020 09:29
Tbilisidə gənc anasını və nənəsini yatdığı yerdə balta ilə öldürdü
shutterstock

Ötən gecə Tbilisidə 19 yaşlı gənc ağır qətl hadisəsi törədib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, həmin şəxs keçmişdə baş verən münaqişə zəminində 1946-cı il təvəllüdlü nənəsini və 1974-cü il təvəllüdlü anasını yatmış vəziyyətdə balta ilə öldürüb.

Gənc “isti izlər”lə saxlanılıb. Cinayətdə istifadə olunan balta maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Gənci 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi