Tbilisidə əcnəbi vətəndaşı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Tbilisidə əcnəbi vətəndaşı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB Tbilisidə Hindistan vətəndaşını qətlə yetirən şəxs “isti izlər”lə saxlanılıb.
Hadisə
6 Fevral , 2020 18:28
Tbilisidə əcnəbi vətəndaşı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Tbilisidə Hindistan vətəndaşını qətlə yetirən şəxs “isti izlər”lə saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, saxlanılan 1953-cü il təvəllüdlü şəxs əcnəbi vətəndaşın qonşusu olub.

İstintaqla müəyyən olunub ki, mübahisə zəminində o, 1986-cı il təvəllüdlü Hindistan vətəndaşını odlu silahla qətlə yetirib.

Polis silahı maddi sübut kimi müsadirə edib.

Saxlanılan şəxslə bağlı qəsdən adamöldümə və odlu silahın qanunsuz alınması, saxlanılması və daşınması maddələri üzrə cinayət işi açılıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.


***17:17

Tbilisinin İsani rayonunda qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, Hindistan vətəndaşı odlu silahla qətlə yetirilib.

Əcnəbi vətəndaş və qətli törədən şəxsin qonşu olduqları bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.

Son xəbərlər

Orphus sistemi