Tbilisidə çay festivalı keçirilib

Tbilisidə çay festivalı keçirilib Gürcüstanın paytaxtı Tbilisidə Mtatsminda parkında ənənəvi çay festivalı keçirilib.
Hadisə
5 May , 2019 18:32
Tbilisidə çay festivalı keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Mtatsminda parkında ənənəvi çay festivalı keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, festivalda çayla yanaşı bal istehsalçıları da öz məhsullarını təqdim ediblər.

Tədbirə yerli şirkətlərlə yanaşı Azərbaycan, Türkiyə, Hindistan və digər ölkələrdən olan 40-a yaxın çay istehsalçısı qatılıb.

Tbilisidə builki çay festivalı 12-ci dəfədir keçirilir. Tədbirin keçirilməsində məqsəd çay istehsalçılarının təbliği və bu içkinin populyarlaşdırılmasıdır. Festivalın təşkil olumasına Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi və Çay İstehsalçıları Assosiasiyası dəstək verib.

Tbilisi sakinləri və turistlərin iştirak etdiyi festivalda çay və bal dequstasiyası ilə yanaşı həmin məhsulların satışı da həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi