Tbilisi beynəlxalq hava limanında partlayıcı təhlükəsinə görə üç aviareys təxirə salınıb - YENİLƏNİB-2

Tbilisi beynəlxalq hava limanında partlayıcı təhlükəsinə görə üç aviareys təxirə salınıb - YENİLƏNİB-2 Həmin reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək
Region
14 Noyabr , 2017 21:20
Tbilisi beynəlxalq hava limanında partlayıcı təhlükəsinə görə üç aviareys təxirə salınıb - YENİLƏNİB-2

Tbilisi. 14 noyabr. REPORT.AZ/ Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportunda sərnişinlərin təxliyyəsi ilə əlaqədar üç aviareys təxirə salınıb.

"Report"un Gürcüstan bürosu Tbilisi beynəlxalq aeroportunun informasiya mərkəzinə istinadən xəbər verir ki, bunlar Tbilisi-Astana, Tbilisi-Təl-Əviv və Tbilisi-Tehran reysləridir. 

Bu reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək. Qeyd edək ki, anonim zəng nəticəsində aeroportun fəaliyyətində fasilə yaranıb. Polis aeroportun hər iki terminalında axtarış aparıb. Partlayıcı qurğu tapılmayıb.

Sərnişinlərə aeroportun hər iki terminalına girib-çıxmalarına icazə verilib.

"112" çağrı mərkəzinə zəng vuraraq yalan məlumat vermiş şəxs axtarılır.


***20:00

Gürcüstan Daxili İşlər Nazirliyi Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğu olması ehtimalı barədə məlumat yayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Nazirliyin məlumatında hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub.

Məlumatda bildirilib ki, “112” Çağrı Mərkəzinə olunan naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq.


*** 19:43

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb.

Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” Çağrı Mərkəzinə zəng edib.

Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Aeroportun ərazisində partlayıcı qurğu axtarılır.

Hadisə yerində polis təhqiqat aparır.

Son xəbərlər

Orphus sistemi