Yuxarı

Tovuzda iki azyaşlı uşaq ehtiyatsızlıqdan yanıb

Hər iki azyaşlının vəziyyəti ağırdır

Bakı. 16 yanvar. REPORT.AZ/ Tovuz rayonunda iki azyaşlı uşaq ehtiyatsızlıqdan yanıb. "Report"un məlumatıan görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, iki yaşlı Nazim Abdullayev və Qovlar qəsəbə sakini bir yaşlı Amil Əsgərovun üzərinə ehtiyatsızlıqdan isti su tökülüb. Hər iki azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Xəstəxanadan "Report"a bildirilib ki, azyaşlılara ilkin tibii yardım göstərilib: "Nazim Abdullayevin bədəninin 5 faizi, Amil Əsgərovun isə bədəninin 6 faizi yanıb. Yanıq xəsarətləri alan azyaşlılar xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib, hər ikisinin vəziyyəti ağırdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi