Yuxarı
    Bağlamaq

    Tapılan neftçinin meyiti ailəsinə verilib

    Aşkar edilən kişi meyitinin 1957-ci il təvəllüdlü Elçin Yaqub oğlu Həsənova məxsus olduğu müəyyən edilib

    Bakı. 7 mart. REPORT.AZ/ Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 4-də aşkar edilən kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Elçin Yaqub oğlu Həsənova məxsus olduğu müəyyən edilib. Bu barədə “Report”a qərargahdan məlumat verilib.

    Məlumatda deyilir ki, mərhumun meyiti ailəsinə təhvil veriləcək.

    Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi