Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Şükran Əliyevə hökm oxunub və o, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
14 Aprel , 2022 17:48
Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Şükran Əliyevə hökm oxunub və o, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonunda eydə alınıb.

Belə ki, Ş.Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tural Heydərova məişət təyinatlı bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Ş.Əliyev Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi