Tanışını öldürməkdə təqsirləndirilən Qarabağ döyüşlərinin iştirakçısına hökm oxunub

Tanışını öldürməkdə təqsirləndirilən Qarabağ döyüşlərinin iştirakçısına hökm oxunub Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qarabağ döyüşçüsü İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
1174
28 Dekabr , 2018 17:56
Tanışını öldürməkdə təqsirləndirilən Qarabağ döyüşlərinin iştirakçısına hökm oxunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qarabağ döyüşçüsü İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, İ.Əliyev ötən il Bakda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib.

Məlumata görə, spirtli içki içdikdən sonra hər iki şəxs arasında mübahisə yaranıb. Əlbəyaxa davadan sonra İ.Əliyev üzərində olan bıçaqla M.Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

İ.Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İ.Əliyev ifadəsində Qarabağ döyüşlərinin iştirakçısı, batalyon komandiri, kəşfiyyatçı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi