Tanışını bıçaqlayan şəxsin məhkəməsində şahid ifadə verib

Tanışını bıçaqlayan şəxsin məhkəməsində şahid ifadə verib Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib
Hadisə
28 Sentyabr , 2016 12:25
Tanışını bıçaqlayan şəxsin məhkəməsində şahid ifadə verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid İntiqam Zeynalov ifadə verib.

O qeyd edib ki, restoranın həyətində R.Baxşıyevi qan içində görüb: "Toydan çıxanda Ramin restoranın həyətinə gəldi. O, qan içərisində idi. Sonra Ramin içəri daxil oldu. Məni də kimsə arxadan vurdu, həmin adamı görə bilmədim. Bir müddət xəstəxanada yatdım".

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, R.Baxşıyev restoranda dava zamanı tanışını bıçaqla vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

R.Baxşıyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi