Tanışını bıçaqlayan şəxsə hökm oxunub

Tanışını bıçaqlayan şəxsə hökm oxunub Vüqar Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
22 Fevral , 2017 13:12
Tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərində baş verib. Şəhər sakini V.Məmmədov tanışı Sərvər Məmmədovla yeyib-içdikdən sonra spirtli içki üstündə aralarında münaqişə yaranıb. Münaqişə zəminində V.Məmmədov S.Məmmədovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan S.Məmmədovun həyatını xilas etmək mümkün olub.

V.Məmmədov Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi