Bayram təbrikinə görə tanışını bıçaqlayan gəncin apellyasiya şikayəti təmin edilməyib

Bayram təbrikinə görə tanışını bıçaqlayan gəncin apellyasiya şikayəti təmin edilməyib Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
2 Fevral , 2019 18:13
Bayram təbrikinə görə tanışını bıçaqlayan gəncin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, H.Abıyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, cinayət hadisəsi ötən il Novruz bayramından bir gün sonra - martın 22-də Binəqədi rayonu ərazisində baş verib. 2000-ci il təvəllüdlü H.Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Ədalət oğlu Süleymanovu bıçaqlayıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisədən əvvəl S.Süleymanov H.Abıyevi Novruz bayramı ilə bağlı təbrik edib. H.Abıyev isə yaxınlarından birini itirdiyini, evdə bayramı qeyd etmədiyini bildirib. S.Süleymanov isə onu bir daha təbrik edib. Buna əsəbləşən H.Abıyev tanışını bıçaqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi eyni Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan) maddəsinə tövsif edilib.

Hökmə əsasən, H.Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və H.Abıyev məhkəmə zalında həbs olunub.

Son xəbərlər

Orphus sistemi