Tanınmış şirkət dövlət komitəsini məhkəməyə verib

Tanınmış şirkət dövlət komitəsini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
9 Oktyabr , 2015 17:50
Tanınmış şirkət dövlət komitəsini məhkəməyə verib

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Practical Solutions Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) məhkəməyə verib.

“Report” xəbər verir ki, şirkət dövlət komitəsindən kompensasiyanın ödənilməsini tələb edir. Tələb edilən pul vəsaitinin məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Practical Solutions Group” (PSQ) MMC yüksək dərəcəli tam hüquq və biznes konsaltinq xidmətləri göstərən şirkətdir. PSQ biznes, investisiya, məşğulluq, müqavilələr, maliyyə təminatı, layihə idarəçiliyi və s. sahələrdə strateji məsləhətlər və bələdçilik təmin edir.

Son xəbərlər

Orphus sistemi