Tanınmış mebel mağazasının satış meneceri məhkəmə zalından azadlığa buraxılıb

Tanınmış mebel mağazasının satış meneceri məhkəmə zalından azadlığa buraxılıb Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Tural Gülüşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
26 Fevral , 2019 12:58
Tanınmış mebel mağazasının satış meneceri məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Tural Gülüşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və T.Gülüşov məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, T.Gülüşov "Modern" mebel şirkətinin Babək prospektində yerlən "Green Wood" mağazasında satış müdiri və menecer vəzifəsində çalışan zaman vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, o, şirkətin digər əməkdaşı Əfsanə Rəhmanova ilə qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər.

Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib. T.Gülüşov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O qeyd edib ki, dəymiş ziyandan 11 min manatı özü, 10 mini isə R.Rəhmanova ödəyib.

Ə.Rəhmanova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib və məhkəmənin hökmü ilə şərti cəza alıb.

Son xəbərlər

Orphus sistemi