Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyevin meyiti ailəsinə təhvil verilib.
Bu barədə "Report"a R.Əliyevin yaxın qohumları bildirib.
R.Əliyev bu gün Əmircan qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Əliyev bu il yanvar ayının 25-dən itkin düşüb. O, səhər saat 08.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ötən gün isə onun meyiti dənizdə aşkar edilib. Onun intihar etdiyi və ya öldürülməsi ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 1973-cü il dekabrın 13-də anadan olan R.Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb.