Bakıda tanınmış həkim və arvadını öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda tanınmış həkim və arvadını öldürən şəxsin məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
19 Aprel , 2019 11:32
Bakıda tanınmış həkim və arvadını öldürən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 29-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi