Yuxarı

Tanınmış alimin dələduzluqda təqsirləndirilən oğlunun şikayəti əsasında məhkəmə başlayıb

Tanınmış alimin dələduzluqda təqsirləndirilən oğlunun şikayəti əsasında məhkəmə başlayıb
Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olmuş E.Quliyev vətəndaşlardan külli miqdarda pul alaraq, onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var. O, 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

E.Quliyev 2016-cı ilin iyul ayının 12-də zərərçəkmiş Nailə Əkbər qızı Nəsirovanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

E.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasında zərərçəkmişlərdən biri Nailə Nəsirova 40 min manat məbləğində zərər dəyidiyini bildirib. O, zərərin ödənilməsini tələb edib.

Məhkəmənin hökmü ilə E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərrəçəkmişlər apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi