Yuxarı

Taleh Bağırzadənin daha iki tərəfdarı tutulub, onların mənzilindən əl qumbarası aşkarlanıb

Onlar əhali arasında milli və dini zəmində separatçı fikirlər yaymaqda, vətəndaşları kütləvi itaətsizliyə çağırmaqda şübhəli bilinirlər

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri ilə əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri - Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. 

Məlumata görə, adını "Müsəlman Birliyi Hərəkatı" qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi