Taleh Bağırov barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verib

Taleh Bağırov barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verib Apellyasiya şikayətinə dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
1 Dekabr , 2015 14:50
Taleh Bağırov barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verib

Bakı. 1 dekabr. REPORT.AZ/ “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verib. “Report”un xəbərinə görə, bu barədə onun vəkili Cavad Cavadov bildirib.

Apellyasiya şikayətinə dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi