Yuxarı

Taleh Bağırovun müavininin apellyasiya şikayətinə baxılıb

Şikayət təmin edilməyib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.

“Report”un xəbərinə görə, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Bakı şəhər sakini Elçin Qasımov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

“Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən həftə Nardaranda Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi