​Taleh Bağırovun məhkəməsi təxirə salınıb

​Taleh Bağırovun məhkəməsi təxirə salınıb Proses fevralın 19-da davam etdiriləcək
Hadisə
9 Fevral , 2016 16:00
​Taleh Bağırovun məhkəməsi təxirə salınıb

Bakı. 9 fevral. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun şikayəti əsasında keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bu barədə “Report”a T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, proses hakim Babək Pənahovun sədrliyi ilə fevralın 19-da keçiriləcək.

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq Təcridxanasında saxlanılır.

Son xəbərlər

Orphus sistemi