Taleh Bağırovun apellyasiya şikayəti təmin edilməyib

Taleh Bağırovun apellyasiya şikayəti təmin edilməyib Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
23 Aprel , 2018 14:30
Taleh Bağırovun apellyasiya şikayəti təmin edilməyib

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib. Məhkəmə onun cəzasını artıraraq, T.Bağırov 18 il həbs verib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrində həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi