İlahiyyatçı Tale Bağırzadə azadlığa buraxılıb

İlahiyyatçı Tale Bağırzadə azadlığa buraxılıb O, ötən gün gecə saatlarında Qobustan qapalı tipli həbsxanasından çıxaraq evinə yollanıb
Hadisə
31 İyul , 2015 09:25
İlahiyyatçı Tale Bağırzadə azadlığa buraxılıb

Bakı. 31 iyul. REPORT.AZ/ İlahiyyatçı Hacı Tale Bağırzadə azadlığa çıxıb.

“Report”un xəbərinə görə, o, ötən gün gecə saatlarında Qobustan qapalı tipli həbsxanasından çıxaraq evinə yollanıb.

Qeyd edək ki, T.Bağırzadə 2013-cü ilin martın 31-də həbs olunub. İttiham aktına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırzadədən isə 1,026 qram heroin götürülüb. İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi qaldırılmışdı. Saxlanılan zaman Tale Bağırzadənin yanında olan sürücüsü A.Məlikov barəsində isə 228.1 maddəsi (qanunsuz silah saxlamaq) ilə cinayət işi açılmışdı.

T.Bağırzadə 1984-cü ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Son xəbərlər

Orphus sistemi