​Taksi sürücüsünü bıçaqlayaraq maşınını qaçıran şəxslərin məhkəməsi başlayıb - FOTO

​Taksi sürücüsünü bıçaqlayaraq maşınını qaçıran şəxslərin məhkəməsi başlayıb - FOTO İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
Hadisə
14 Sentyabr , 2015 13:28
​Taksi sürücüsünü bıçaqlayaraq maşınını qaçıran şəxslərin məhkəməsi başlayıb - FOTO

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ceyhun Nəsirov və İlqar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, Rahib Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesin baxış iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, C.Nəsirov və İ.Abbasov Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, bu ilin mart ayında metronun “20 Yanvar” stansiyasının yaxınlığında iki nəfər - Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və Laçın rayon sakini İlqar Abbasov 53 yaşlı İntiqam Ağayevə məxsus "Hyundai" markalı avtomobilə əyləşərək onları Abşeron rayonu "At yalı" adlanan əraziyə aparmalarını xahiş ediblər. Müştərilər deyilən əraziyə çatanda İ.Ağayevə qarşı zor tətbiq ediblər. Onun əl nahiyəsinə biçaqla xəsarətlər yetirən cinayətkarlar sürücünün əl-qolunu bağlayıb avtomobilin yük yerinə qoyublar. Avtomobilin sükanı arxasına keçən C.Nəsirov və İ.Abbasov sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. İ.Ağayev yaxınlıqdan keçən yük maşınlarının köməyi ilə hadisə barədə polislərə məlumat verə bilib.

Son xəbərlər

Orphus sistemi