Taksi sürücülərini soyan şəxslərin apellyasiya şikayətinə baxılır

Taksi sürücülərini soyan şəxslərin apellyasiya şikayətinə baxılır Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirli binən Rəsul Məmmədov və Ramiq Hüsenzadə barələrindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
15 Avqust , 2019 16:24
Taksi sürücülərini soyan şəxslərin apellyasiya şikayətinə baxılır

Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirli binən Rəsul Məmmədov və Ramiq Hüsenzadə barələrindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, iclas hakim Elman Əhmədovun sədrliyi ilə keçirilib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 9 il, R.Hüsenzadə isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 181.2.1, (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.2, (təkrar quldurluq), 181.2.4. (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə təqsirli bilniblər.

Hadisə ötən il Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Qəsəbədə kirayədə yaşayan 22 yaşlı R.Məmmədov otaq yoldaşı, 26 yaşlı R.Hüsenzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.

R.Məmmədov və R.Hüseynzadə iki avtomobildən, ümumilikdə, 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar. 

Son xəbərlər

Orphus sistemi