Şuşada beşmərtəbəli binada yanğın olub

Şuşada beşmərtəbəli binada yanğın olub Şuşa şəhərində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.
Hadisə
18 Yanvar , 2021 10:43
Şuşada beşmərtəbəli binada yanğın olub
0 : 00
0 : 00

Şuşa şəhərində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi