Yuxarı

Sürücülük vəsiqəsi olmadan sərnişin daşıyan şəxslər həbs oluna bilər

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə əlavələr edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda nəqliyyat vasitələrinin idarəetmə hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. “Report” xəbər verir ki, Milli Məclis bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə əlavələr edib.

Əlavələrə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Digər əlavəyə əsasən, nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan başqa, nəzərdə tutulan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi