Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayıb

Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayıb Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
6 İyul , 2018 11:52
Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttiham aktına əsasən, R.Hüseynov 2014-2015-ci ildə Suriyada keçirilən qanunsuz silahlı birləşmələrdə keçirilən təlimlərdə iştirak edib. O, İŞİD tərkibində olan "Çeçen caamatı"na qoşulub və orada çalışıb. Daha sonra R.Hüseynov Türkiyəyə qayıdıb və orada saxlanaraq, Azərbaycana deportasiya edilib.

R.Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.

O, növbəti prosesdə ifadə verəcəyini qeyd edib.

Daha sonra məhkəmədə şahid qismində təqsirləndirilən şəxsin anası Malina Hüseynova dindirilib. O, ifadəsində oğlunun Suriyaya getməsindən xeyli sonra xəbər tutduğunu deyib: "Oğlum həyat yoldaşını da götürüb, Türkiyəyə işləməyə getdi. Orda bunu aldadıblar ki, Suriyada pulsuz ev, yaxşı iş var. Rufan da onlara aldanıb Suriyaya gedib. Orda oğlumu ailəsindən uzaq salıblar, onu təlimlərə aparıblar. Pulu olmayıb. Axırda Türkiyədəki dostunun köməyi oradan çıxıb".

Məhkəmənin növbəti proses iyulun 13-nə təyin olunub.

Qeyd edək, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, qanunsuz silahlı birləşmələrdə təqsirli bilinir.

Son xəbərlər

Orphus sistemi