Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan Nüsra Cəbhəsi tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
5 aprel 2019 06:26
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim BaxışovTeyfur Əliverdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi