Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub

Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub Ramin Xanmurafov 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
22 Fevral , 2017 17:49
Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Xanmurafov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, R.Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Son xəbərlər

Orphus sistemi