Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlılar apellyasiya şikayəti veriblər

Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlılar apellyasiya şikayəti veriblər Bakı Apellyasiya Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda, cinayətkar birlik yaratmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
1 Fevral , 2020 17:51
Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlılar apellyasiya şikayəti veriblər

Bakı Apellyasiya Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda, cinayətkar birlik yaratmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs edilib.

Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədiklərini bildiriblər.

Onlara Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il hər birinə 9 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi