Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
16 Sentyabr , 2016 16:50
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Surxayev 11 il, T.Musayev 13 il, S.Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunublar. Həmin şəxslər Suriyada İŞİD-in tərkibində döyüşlərdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi