Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən iki nəfərə hökm oxunub

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən iki nəfərə hökm oxunub Onlardan biri 15, digəri 11 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 Fevral , 2017 13:31
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən iki nəfərə hökm oxunub

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev və Şükür Babayevin məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Musayev 15 il, Ş.Babayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndiriliblər. Onlar ötən il həbs edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi