​Suriyada döyüşən azərbaycanlılar barələrində olan hökmdən apellyasiya şikayəti verib

​Suriyada döyüşən azərbaycanlılar barələrində olan hökmdən apellyasiya şikayəti verib Şikayətə oktyabrın 26-da baxılacaq
Hadisə
24 Oktyabr , 2015 12:00
​Suriyada döyüşən azərbaycanlılar barələrində olan hökmdən apellyasiya şikayəti verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu və Məhəmmədzadə Sadiq Yadigar oğlu barələrindəkidə hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə oktyabrın 26-da baxılacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə saxlanılıb. Müəyyən edilib ki, həmin şəxslər 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu silahdan isitfadə qaydalarını öyrəniblər. Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər. Avqust ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Şahbazi Bəxtiyar 14 il, Şahbazi Bəhruz 12 il və Məhəmmədzadə Sadiq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi