Yuxarı

Suriyada döyüşən azərbaycanlılar apellyasiya şikayəti verib

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq

Bakı. 4 may. REPORT.AZ/ Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan İlqar oğlu Baxışov, Ruslan İlham oğlu Cəfərov, Eldost Firudin oğlu Quliyev, Məmmədşah Ağaşah oğlu Məmmədəliyev, Əhməd Elxan oğlu Həsənov və Maarif İrşad oğlu Mərdanov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası mayın 6-na təyin edilib.

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2014-cü ildə S.Baxışov, R.Cəfərov, E.Quliyev, M.Məmmədəliyev, Ə.Həsənov və M.Mərdanov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

2015-ci ilin iyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev və M.Məmmədəliyev 13 il, S.Baxışov, Ə.Həsənov, R.Cəfərov və M.Mərdənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi