Suriya ordusu "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb

Suriya ordusu "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb Əbu-Duhur aerodromu yaraqlılardan təmizlənib
Hadisə
21 Yanvar , 2018 09:36
Suriya ordusu Nüsra cəbhəsi terrorçularını mühasirəyə alıb

Bakı. 21 yanvar. REPORT.AZ/ General Suhelin rəhbərlik etdiyi Suriya ordusu könüllülərlə birgə "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"İdlib əyalətinin şərq hissəsində "Nüsra cəbhəsi" terror təşkilatının böyük bir dəstəsinin mühasirəsi başa çatıb", — deyə məlumatda bildirilir.

Həmçinin son üç ildə terrorçuların nəzarəti altında olan Əbu-Duhur aerodromu yaraqlılardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi