Paytaxtda baş verən yol qəzasında 5 gənc xəsarət alıb

Paytaxtda baş verən yol qəzasında 5 gənc xəsarət alıb Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 May , 2021 01:07
Paytaxtda baş verən yol qəzasında 5 gənc xəsarət alıb

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Bahar qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Rəhmanov Sahil Rüstəm oğlu, 1999-cu il təvəllüdlü Quliyev İbrahim Elçin oğlu, 2000-ci il təvəllüdlü Məmmədli Turan Rəhim oğlu, 2000-ci il təvəllüdlü Ovçuyev Ayxan Şahin oğlu və 1995-ci il təvəllüdlü Yusifov Rüfət Əlibaba oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. S.Rəhmanova döş qəfəsinin, boyun fəqərələrinin əziyi, İ.Quliyevə sol dirsəyin əzilmiş-cırılmış yarası, T.Məmmədliyə sol bazunun yuxarı üçdə birinin çoxsaylı kəsilmiş yaraları, A.Ovçuyevə sol bazu oynağının əziyi və R.Yusifova döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi