Yuxarı
    Bağlamaq

    Suraxanıda yanğın baş verib

    Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb

    Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb.

    Report-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi