Suraxanıda qumbara tapılıb

Suraxanıda qumbara tapılıb Bakıda qumbara tapılıb.
Hadisə
22 Noyabr , 2019 16:20
Suraxanıda qumbara tapılıb

Bakıda qumbara tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində sursat aşkar olunması barədə məlumat daxil olub. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. 

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bunlar, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarası və 1 ədəd əl qumbarasının partladıcısıdır. 

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi