Suraxanıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Suraxanıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası olub Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən uzaqlaşıb
Hadisə
10 Noyabr , 2017 05:38
Suraxanıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Suraxanıda orta yaşlı kişini naməlum avtomobil vurub.

"Report" xəbər verir ki, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Məmmədov Mübariz Elman oğlu yolu keçərkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi