Suraxanıda evlərə qənim kəsilən oğru hakim qarşısına çıxarılır

Suraxanıda evlərə qənim kəsilən oğru hakim qarşısına çıxarılır Bakıda oğurluq etməkdə təqsirləndirilən Hüseynağa Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
14 May , 2020 19:30
Suraxanıda evlərə qənim kəsilən oğru hakim qarşısına çıxarılır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Hüseynağa Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Ceyhun Qədimovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, H.Bağırov bu ilin mart ayında Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.

Ona Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi