Yuxarı
    Bağlamaq

    Suraxanıda bir nəfəri qətlə yetirib digərini bıçaqlayan şəxs saxlanılıb

    Faktla bağlı cinayət işi başlanılıb

    Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bir nəfəri qətlə yetirən, digərini isə bıçaqlayan şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı Suraxanı Rayon Polis İdarəsinin  31-ci Polis Bölməsinin əməkdaşları həyata keçirib.

    Belə ki, əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də saat 20:00 radələrində, Əmircan qəsəbə sakinləri 1987-ci il təvəllüdlü Arif Abbasova xəsarət yetirməkdə, 1985-ci il təvəllüdlü Şahrza Mirzəyevi öldürməkdə şübhəli bilinən Əmircan qəsəbə sakini 1984-cü il təvəllüdlü Rövşən Əliyev tutulub. 

    Faktla bağlı cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi