Suraxanıda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Suraxanıda avtomobil maneəyə çırpılıb, sürücü ölüb Bakı. 23 yanvar. REPORT.AZ/ Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Yanvar , 2019 12:26
Suraxanıda avtomobil maneəyə çırpılıb, sürücü ölüb
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, yanvarın 22-də saat 4 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Babayev idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Son xəbərlər

Orphus sistemi